Tarix: 15 Avqust 2019 13:00
Futzal üzrə Azərbaycan milli komandasının avqustun 15-dən 24-dək Bakıda, 25-dən 28-dək isə Belarusun Minsk şəhərində təlim məşq toplanışı olacaq. Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində avqustun 26-da və 28-də Belarus milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Toplanışa 13 futzalçı dəvət olunub:
Vitali Borisov (klubsuz), Ramiz Çovdarov, İsa Atayev, Rövşən Hüseynli, Oktay Rüstəmli, Nihad İsmayilov, Xətai Bağırov, Rizvan Fərzəliyev (hamısı "Araz"), Sezar de Angelis Zohnatan Luiz ("Jetisu", Qazaxıstan), Teles Martins Tiaqo ("Nikel", Rusiya), Fernandes da Silva S Amadeu ("Sparta", Çexiya), Emin Kürdov (Ekol), Poletto Fabio Joze ("Feldi Eboli", İtaliya).