Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə yol polisi avtomobillərin ixrac qazlarının atmosferi çirkləndirməsi ilə bağlı tədbirlər həyata keçirib - FOTO

Gəncədə yol polisi avtomobillərin ixrac qazlarının atmosferi çirkləndirməsi ilə bağlı tədbirlər həyata keçirib - FOTO

Tarix: 18 Avqust 2021 23:06

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 34 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.


Etiketlər:  Gəncədə polisi avtomobillərin ixrac qazlarının atmosferi çirkləndirməsi ilə bağlı tədbirlər həyata keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ