Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Komada olan qız sevgilisinin evlilik təklifindən sonra ayıldı - FOTO

Komada olan qız sevgilisinin evlilik təklifindən sonra ayıldı - FOTO

Tarix: 19 Avqust 2021 10:18

Sevgilisi Mark Skvayrsın evlilik təklifindən sonra London sakini Kristin Smit komadan ayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 36 yaşlı britaniyalı qadın koronavirusa yoluxduqdan sonra reanimasiyaya düşüb, orada isə süni tənəffüs aparatına qoşulub.

Skvayrsın sözlərinə görə, qızın vəziyyəti ağırlaşdığı üçün ondan xəstəxanaya gəlməsi istənilib. O, səsini tanıyacağı ümidi ilə komada olan sevgili ilə danışmağa başlayıb və son şans kimi evlilik təklif edib. Buna cavab olaraq Smit gözlənilmədən gözlərini açıb. O, dərhal tibb işçilərindən evə anasına zəng etməyi və nişanlandığını deməsini xahiş edib.

Bununla belə o, tarixi və başına gələnləri xatırlamayıb.

Hazırda Smit xəstəxanadan çıxıb və sevgilisi ilə toya hazırlaşır.

Milli.Az


Etiketlər:  Komada olan qız sevgilisinin evlilik təklifindən sonra ayıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ