Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 12:06
Dövlət başçısının Şərqi Zəngəzur iqtisadi rayonu ilə bağlı çıxışı ermənilərə və onların himayədarlarına verilən bir mesaj idi.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bunu millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, sərhədlərin möhkəmləndirilməsi tarixə və beynəlxlaq hüquqa söykənir.
Öz dədə-baba torpaqlarından illərdir ki, ayrı qalan zəngəzurluların tarixi səndələrlə və hüquq əsasla öz torpaqlarına qayıtmağa tam haqqı çatır. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən layihələr, kommunikasiya qovşaqlarının qurulması isə dövlətin strateji xəttinin əsasını təşkil edir.
Şərqi Zəngəzura daxil olan rayonların böyük hissəsi sərhəd bölgəsinə düşdüyündən, burada təhlükəsizliyin təmin edilməsi və ardınca sosial infrastrukturun yaradılması paralel aparılır. Artıq bu istiqamətdə işlərin həyata keçirilməsi ilə Şərqi Zəngəzur iqtisadi rayonunun respublika iqtisadiyyatında payını görməyə başlayacağıq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: