Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balakəndə COVİD-19-a qarşı nəzarət-profilaktik tədbirlər gücləndirildi - VIDEO - FOTO

Balakəndə COVİD-19-a qarşı nəzarət-profilaktik tədbirlər gücləndirildi - VIDEO - FOTO

Tarix: 19 Avqust 2021 12:30

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədar Balakəndə də gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə etinasız yanaşıldığı aşkar edilib. Xüsusilə də sakinlərin daha çox üz tutduğu böyük super marketlərin və paltar mağazalarının girişində dezinfeksiyaedici vasitələrin yerləşdirilmədiyi, alıcı və satıcıların tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Həmin şəxslərə qapalı məkanlarda sosial məsafənin gözlənilməsi,tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib və xəbərdarlıq olunub. Edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə intizam tənbeh tədbirləri tətbiq edilib.

Həmçinin, ictimai nəqliyyatda -taksi, avtobuslarda tibbi maskalardan istifadə etməyən sərnişin və sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər də polis əməkdaşları tərəfindən müəyyən edilib,onlarla maarifləndirici söhbətlər aparılıb. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki,hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud tələbləri anlayışla qarşılamalıdır. Bütün bu tədbirlərin onların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.

Milli.Az


Etiketlər:  Balakəndə COVİD 19 a qarşı nəzarət profilaktik tədbirlər gücləndirildi VIDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ