Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 14:58
Türkiyənin Adana şəhərində 19 yaşlı Hüseyin Ömer Uğurludoğan adlı gəncin başına iş gəlib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, gənc oğlan getdiyi idman zallarının birində davamlı olaraq, protein tozu qəbul edirmiş. Bundan sonra Hüseyn səhhətində problemlərin yarandığını görüb. O, həkimə müraciət edəndə artıq hər şeyin gec olduğunu öyrənib.
Belə ki, nənəsi ilə birlikdə yaşayan Hüseyn iflic olub. Günü-gündən vəziyyəti ağırlaşan gənc oğlanın nənəsi isə idman zalını günahlandırıb. O, bununla yanaşı polisə şikayət edərək, idman zalllarında protein tozu verərək, gəncləri məhv etdiklərini dilə gətirib.