Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda yeni tədris ilində dərslər distant formada keçiriləcək

İranda yeni tədris ilində dərslər distant formada keçiriləcək

Tarix: 20 Avqust 2021 19:18

İranda yeni tədris ilində dərslər distant formada keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın Koronavirusla Mübarizə üzrə Qərargahı qərar qəbul edib.

Qərara əsasən, İranda dərslər 23 sentyabrda başlayacaq və daha əlverişli sağlamlıq şəraiti yarananadək distant formada təşkil olunacaq.

Bildirilib ki, sıxlığın aradan qaldırılması üçün yeni məkanlar yaradılandan, eyni zamanda, siniflərin havalandırması, müəllimlərin və təhsil işçilərinin, şagirdlərin valideynlərinin peyvənd olunması təmin olunduqdan sonra şagirdlərin siniflərdə dərs keçməsi məsələsi araşdırılacaq və dərslərdə şagirdlərin iştirakı üçün qərar qəbul olunacaq.

Qeyd edək ki, İranda son həftələr koronavirusa yoluxma halları artıb. Ölkənin səhiyyə rəsmiləri müxtəlif şəhərlərdə dərman çatışmazlığından şikayətlənirlər.

Milli.Az


Etiketlər:  İranda yeni tədris ilində dərslər distant formada keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ