Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə bu gün koronavirusdan 204 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 204 nəfər ölüb

Tarix: 20 Avqust 2021 21:42

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 204 nəfər həyatını itirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 293 252 nəfər test edilib, onların 19 918-nin koronavirus testi pozitiv nəticə verib, 15 561 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 88 059 440 peyvənd tətbiq edilib ki, bunun 73,52 faizi birinci mərhələ vaksinasiya olunanlardır.


Etiketlər:  Türkiyədə gün koronavirusdan nəfər ölüb


RƏYLƏR