Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müğənni əri ilə videosunu yaydı, tənqid olundu - VİDEO - FOTO

Müğənni əri ilə videosunu yaydı, tənqid olundu - VİDEO - FOTO

Tarix: 21 Avqust 2021 05:40

Ukraynalı pop müğənni Anna Sedokovanın şəxsi "Instagram" səhifəsində əri - "Ximki" basketbol klubunun üzvü, latviyalı idmançı Yanis Timma ilə birlikdə olduğunu videogörüntü paylaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onun bu paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

"Taleyin sizin üçün hazırladığı yolları əvvəlcədən müəyyən edə bilməzsiniz, ancaq bu yolu kiminlə birlikdə gedəcəyinizi seçə bilərsiniz", - deyə müğənni öz paylaşımında yazıb.

Videoda Sedokova müəyyən fiziki hazırlıq tələb edən pozada nişanlısının qucağında dayanaraq onunla öpüşür. Cütlüyün bu görüntüsü 101 mindən çox baxış əldə edib. İzləyiciləri A.Sedokovanı qeyri-etik hərəkətə yol verməkdə ittiham ediblər. Bəziləri isə "Instagram"ın azyaşlı, yeniyetmə izləyicilərinə qarşı hörmətsizlikdə günahlandırıblar.

Qeyd edək ki, Yanis Timma keçmiş "VIA Gra" qrupunun solisti Anna Sedokovanın üçüncü əridir. O, Annadan 9 yaş kiçikdir.

Milli.Az


Etiketlər:  Müğənni əri ilə videosunu yaydı tənqid olundu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ