Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əşrəf Qaninin qızı ABŞ-da lüks həyat yaşayırmış… - FOTO

Əşrəf Qaninin qızı ABŞ-da lüks həyat yaşayırmış… - FOTO

Tarix: 21 Avqust 2021 08:04

Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstanı tərk edərək, Birləşmiş ərəb Əmirliklərinə gedən və özü ilə 169 milyon dollarlıq sərvət apardığı iddia edilən Əşrəf Qaninin qızı Məryəmin Nyu-Yorkda lüksə həyat yaşadığı üzə çıxıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, həyatında yalnız bir dəfə Əfqanıstana getdiyi irəli sürülən 42 yaşlı Məryəm ölkəsi Əfqanıstanı Talibanın ələ keçirməsi, atasının ölkəni tərk etməsindən bir neçə gün sonra Bruklində dostları ilə gəzərkən görüntülənib.

Klinton Hilldə lüks həyat yaşayan prodüser Məryəmin dostları ilə söhbət etməsinin görüntüləri ortaya çıxıb.

Məryəm Qaninin əfqan qadınların və uşaqların dramı ilə bağlı bir çox film çəkdiyi, bunlarla yaxşı qazanc əldə etdiyi məlumdur. Ancaq son hadisələr zamanı səssiz qalması sərt reaksiyalara səbəb olub.

Bundan sonra o, Nyu-Yorkdakı sənət camiəsinə səslənərək, əfqan qadınlarına dəstək vermələrini istəyib.

ABŞ mətbuatı tərəfindən görüntülənən Məryəm sualları cavabsız qoyub.


Etiketlər:  Əşrəf Qaninin qızı ABŞ lüks həyat yaşayırmış FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ