Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 08:57
Türkiyənin tanınmış həkimi Şule Selvi qadınların ən çox yaşadığı 5 problemi açıqlayıb.
Karyera uğruna evliliyi gecikdirən qadınlar gec ana olur. Bu isə hormonların pozulmasına və erkən menopoz miqdarının artması ilə qadınlar bir çox ginekoloji problemlər yaşayır.
Vajinal infeksiya - bu infeksiyalar əsasən, axıntı şikayəti ilə ortaya çıxır. Müalicəyə genital təmizliyin düzgün şəkildə aparılması ilə başlamaq lazımdır. Pambıq alt geyimi geyimək, gigiyenik cəhətdən zərərli olmayan məhsullarla təmizləmək və lazımsız yerə gündəlik bez istifadəsindən uzaq durmaq lazımdır.
Aybaşı - Aybaşı vaxtının pozulması bir çox xəstəliyin işarəsi ola bilər. Bu xəstələr ultrasonla müayinə edilməli və gizlənən xəstəliyi aşkarlamaq lazımdır.
Hamilə qala bilməmək - bir il ərzində davamlı və qorunmasız cinsi əlaqə yaşamasına baxmayaraq, sonsuzluq problemi ola bilər.
Pelvik kist - Tez-tez aybaşı və yumurtalıqlarda ağrıların olması kist, kitle və ya miyom ola bilər. Bu problemlər bəzən dərman, bəzən isə cərrahiyyə yolu ilə aradan qaldırıla bilər.
Şiddətli aybaşı sancısı - çox zaman şiddətli sancıların səbəbi bilinmir. Bu ağrıları olan insanlar mütləq həkimə müraciət etməlidir. Bunun ən böyük səbəbi isə infeksiyalar və endometriozis problemidir.