Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə üçüncü dozaya ehtiyac olduğunu bəyan etdi

Bu ölkə üçüncü dozaya ehtiyac olduğunu bəyan etdi

Tarix: 21 Avqust 2021 09:44

İsraildə yaşı 40-dan yuxarı olan sakinlərə və təhsil işçisinə koronavirusa qarşı peyvəndin üçüncü dozası vurulur.

Sonxeber.net qərb mediasına istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi üçüncü dozaya ehtiyac olduğunu bəyan edib.

Mütəxəssislər hesab edirlər ki, üçüncü doza bu virusun çox sürətlə yoluxan "delta" variantına qarşı immun sistemini daha da gücləndirəcək.

Onların sözlərinə görə, koronavirusun üçüncü dozası yalnız yaşı 40-dan yuxarı olan insanlar üçün deyil, həm də xroniki xəstəlikləri olan, xüsusən ürək, ağciyər və ya diabet problemi olanlar üçün də lazımdır.

Qeyd edək ki, İsraildə yeniyetmələrə də koronavirusa qarşı peyvənd vurulub.

Məlumata görə, 9,3 milyon əhalisi olan bu ölkədə artıq 1 milyondan çox adam 3-cü doza peyvənd vurulub və mütəxəssislərin dediyinə görə, bu, koronavirusa qarşı müdafiəni 86 faizədək artırır.

Kamran Seyidov


Etiketlər:  ölkə üçüncü dozaya ehtiyac olduğunu bəyan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ