Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lionel Messinin PSJ-də debüt edəcəyi vaxt açıqlandı

Lionel Messinin PSJ-də debüt edəcəyi vaxt açıqlandı

Tarix: 21 Avqust 2021 13:18

Argentinalı ulduz futbolçu Lionel Messinin Fransanın PSJ klubunda debüt edəcəyi vaxt bəlli olub.

Milli.Az xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino Liqa 1-in III turunda "Brest"i 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

49 yaşlı mütəxəssis Messinin növbəti həftəsonu meydana çıxa biləcəyini söyləyib.

Qeyd edək ki, 34 yaşlı hücumçu PSJ ilə 2+1 illik müqavilə imzalayıb. Paytaxt klubu çempionatda 3 oyundan sonra 9 xalla liderdir. PSJ avqustun 29-da "Reyms"in qonağı olacaq.

Milli.Az


Etiketlər:  Lionel Messinin PSJ debüt edəcəyi vaxt açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ