Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Aberdin"in futbolçusu Respublika Stadionunun ot örtüyünü tənqid etdi

Tarix: 21 Avqust 2021 16:08

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin"in futbolçusu Konnor Maklennan Ağdam təmsilçisi ilə keçirəcəkləri cavab oyunu barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Bakıdakı görüşdə məğlubiyyətlə üzləşdikləri üçün məyus olduqlarını və evdəki matçda qələbə qazanmağa çalışacaqlarını söyləyib:

"Növbəti həftə "Pittodri" stadionunda azarkeşlərin qarşısında geridönüş etmək üçün hazır olacağıq. Həmin qarşılaşmada fanatlara ehtiyacımız var. Bu, dünyanın ən pis nəticəsi deyil. Artıq rəqibin səfər qolları barədə narahat olmağımıza ehtiyac yoxdur. Sadəcə, onları məğlub etməliyik. Bu matçda hədəfimiz qələbə qazanmaqdır".

Maklennan Tofiq Bəhramov adına Respublika stadionunun mükəmməl arena olduğunu bildirib: "Buna baxmayaraq ot örtüyü indiyədək gördüklərimin içində ən pislərdən biri idi. Hamımız sona yaxın çox yorulduq. Şərtlər çətin idi. Havanın isti keçəciyini gözləyirdik. Lakin belə meydana alışmamışıq. Oyundan bir gün əvvəl məşq zamanı hiss etdik ki, buna öyrəşmək çətin olacaq".

Qeyd edək ki, komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı avqustun 26-sı Şotlandiyada olacaq.

Milli.Az


Etiketlər:  Aberdinin futbolçusu Respublika Stadionunun ot örtüyünü tənqid etdi


RƏYLƏR