Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən koronaviruslu xəstələrə xidmət göstərəcək

Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən koronaviruslu xəstələrə xidmət göstərəcək

Tarix: 21 Avqust 2021 20:30

Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən karantin rejiminə uyğun fəaliyyət göstərməyə başlayıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ölkə ərazisində və ölkənin şimal-qərb bölgəsində yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq Balakən Rayon Mərkəzi Xəstəxanası karantin rejiminə uyğun fəaliyyət göstərəcək.

Müvafiq tapşırığa əsasən, 21 avqust 2021-ci il tarixdən Balakən Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək. Xəstəxanada fəaliyyət göstərən Təcilli Tibbi Yardım, Poliklinika və doğum şöbəsi istisna olmaqla, digər şöbələr Zaqatala Rayon Mərkəzi Xəstəxanasına köçürüləcək.


Etiketlər:  Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən koronaviruslu xəstələrə xidmət göstərəcək


RƏYLƏR