Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqada 14-cü start

Premyer Liqada 14-cü start

Tarix: 15 Avqust 2019 18:20

Bu həftə Azərbaycan Premyer Liqasında yeni – 2019/20 mövsümü başlayacaq. Sayca 28-ci olan ölkə çempionatı “Qəbələ”nin tarixində 14-cü olacaq.

Qol.az-ın məlumatına görə, 2006-cı ildə yüksək dəstədə debüt edən “qırmızı-qaralar” 13 çempionatı arxada qoyub. Bu müddətdə komanda 5 dəfə mükafatçılar sırasına düşüb. “Qəbələ”nin hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

Son 13 mövsümdə komanda 392 matça çıxıb. “Qəbələ” 161 qələbə qazanıb, 103 heç-heçə edib və 128 dəfə uduzub. Rəqib qapılarından 480 top keçirən futbolçularımız 409 qol buraxıblar.

Bu 13 ildə 219 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. Ən çox oyun keçirən futbolçulardan beşi 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 177, Dodo - 131, Dmitri Bezotosnı - 117, Viktor Mendi – 112, Elvin Camalov – 111.

“Qəbələ”nin Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb.

“Qəbələ” arxada qalan 13 mövsümü 9 baş məşqçinin rəhbərliyi altında keçirib. Ramiz Məmmədov hamıdan çox – 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 3-cü göstərici ingiltərəli Toni Adamsa məxsusdur – 44 oyun. Komandamızın indiki məşqçisi Sənan Qurbanov 31 çempionat görüşündə “qırmızı-qaralar”a rəhbərlik edib. “Qırmızı-qaralar” 13 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.

“Qəbələ” 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 2 dəfə ilk matçını uduzub. Son 3 çempionatda “qırmızı-qaralar” ilk turu qələbə ilə başa vurub. 2016/17 mövsümündə “Kəpəz”i 2:0, növbəti çempionatda “Keşlə”ni 2:1 hesabı ilə yenən "Qəbələ" ötən il “Səbail”in qapısından üç cavabsız qol keçirib (gabalafc.az).

 


Etiketlər:  Premyer Liqada start


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ