Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2021 11:30
ABŞ-da son dərəcə sirli şəraitdə bir ailənin üç üzvü - ata, ana və onların azyaşlı övladı, həmçinin ev heyvanı olan it ölü tapılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, cəsədlər Kaliforniyadakı milli parkın ərazisində aşkarlanıb.
Ölən şəxslərin və heyvanın üzərində heç bir zorakılıq əlamətinin olmaması hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaş-baş salıb.
Hələlik hüquq-mühafizə orqanlarının yalnız bir ehtimalı mövcuddur. Kriminalistlər hesab edir ki, ölüm suyun zəhərli olması səbəbindən baş verə bilər.
Belə ki, milli parkın ərazisindəki çarhovuza xüsusilə zəhərli yosunların düşə biləcəyi ehtimal edilir.
Hadisə baş verən ərazi xüsusi nəzarətə götürülüb, araşdırma davam etdirilir.