Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2021 13:08
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 3,23 milyon tonu keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azdır.
Sonxeber.net-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə dəniz nəqliyyat ilə sərnişin daşımaları 8,1 min nəfər təşkil edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 31,4 faiz azdır.
Qeyd olunan müddət ərzində Azərbaycanın dəniz limanları tərəfindən yüklərin daşınması 5,184 milyon ton təşkil edib. Bunun 96,4 faizi və ya 4,937 milyon tonu tranzit yüklərin payına düşüb.
Qeyd edək ki, Azərbaycanın dəniz ixrac yük daşımalarının 37,1 faizi neftin payına düşüb.
Avqustun 1-nə limanlarda yüklərin həcmi 136,5 min ton təşkil edib.
Qeyd edək ki, yanvar-iyul aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımaları 107,9 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır. Sərnişin daşımaları 650,4 milyon nəfər təşkil edib ki, bu da 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 15,2 faiz azdır. Dəniz nəqliyyatının payı bütün yük daşımalarının 3 faizini təşkil edib.