Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almeyda meydanı xərəkdə tərk etdi

Almeyda meydanı xərəkdə tərk etdi

Tarix: 22 Avqust 2021 23:00

"Qarabağ" Premyer Liqanın 2-ci turunda "Səbail"lə görüşü tam heyətlə başa vura bilməyib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, matçın 83-cü dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda zədələnib. Əzələsi dartılan 32 yaşlı yarımmüdafiəçi meydanı xərəkdə tərk edib.
 
"Qarabağ" buna qədər hər üç oyunçu dəyişkliyindən istifadə etdiyindən görüşün sonunu azlıqda keçirməli olub. Bununla belə, Qurban Qurbanovun komandası 3:0 hesablı üstünlüyünü qoruyub və qələbə qazanıb.


Etiketlər:  Almeyda meydanı xərəkdə tərk etdi


RƏYLƏR