Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 09:32
Belçikanın "Leven" klubunda çıxış edən Musa əl-Tamarinin adı "Qarabağ"la hallanır.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, yaxın keçmişdə APOEL-in futbolçusu kimi Ağdam klubuna qarşı oynayan iordaniyalı hücumçunun karyerasını Azərbaycanda davam etdirmək istədiyi deyilir.
Xəbəri "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə təsdiqlədi. Saytımıza açıqlama verən Abbaszadə bunları bildirdi: "Bəli, əl-Tamarinin transferi müzakirə olunub. Onunla danışıq aparılıb. Futbolçu "Qarabağ"da çıxış etməyə müsbət yanaşır. Sadəcə, klubu ilə anlaşmaq mümkün olmayıb. Söhbət hansısa transfer məbləği ilə bağlı fikir ayrılığından getmir. "Leven" əl-Tamarini buraxmaqda maraqlı deyil".