Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki gündə toylara görə 16 nəfər cərimələndi

İki gündə toylara görə 16 nəfər cərimələndi

Tarix: 23 Avqust 2021 10:36

Avqustun 21 və 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 38 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, monitorinq 24 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 119 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az


Etiketlər:  İki gündə toylara görə nəfər cərimələndi


RƏYLƏR