Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sibel Can səhnədə çətin anlar yaşadı - VİDEO

Sibel Can səhnədə çətin anlar yaşadı - VİDEO

Tarix: 23 Avqust 2021 12:50

Türkiyəli müğənni Sibel Canın başına iş gəlib.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, Bodrumda konsert proqramı ilə çıxış edən ifaçı musiqisevərlər qarşısına dərin dekolteli libası ilə çıxıb.

Konsert zamanı sənətçinin əynindəki geyim ona çətin anlar yaşadıb. Dərin dekolteli geyiminin qəfildən sinə hissəsi açılıb. Səhnədə çətin anlar yaşayan Sibel Can cangüdəninin köməyi ilə vəziyyətdən çıxa bilib.

İfaçı xoşagəlməz anlar yaşasa da mahnsını oxumağa davam edib. Daha sonra Sibel səhnədə gülərək "Siz yad deyilsiniz!" sözlərini söyləyərək yaşadığı çətin vəziyyəti yola verməyə çalışıb.

Qeyd edək ki, bu, Sibel Canın səhnədə başına gələn ilk belə hadisə deyil. 2009-cu ildə Türkiyənin Kayseri şəhərində konserti zamanı da Sibel bu halla qarşılaşıb.

Milli.Az


Etiketlər:  Sibel Can səhnədə çətin anlar yaşadı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ