Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 13:20
İnstaqram paylaşım platforması Azərbaycanın sonuncu "Avroviziya" təmsilçisi Samirə Əfəndinin rəsmi hesabını bağlayıb.
"Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, fəaliyyəti dondurulan səhifə bir neçə saat sonra yenidən aktivləşib.
Bundan sonra 250 minə yaxın izləyicisi olan Əfəndinin izləmə sayı 197 min-ə düşüb. İddia olunur ki, dünyaca məşhur platforma saxta yolla izləyici artıran hesablarda monitorinq aparıb və feyk profillər silinib.
Ötən həftə təkcə Azərbaycanın deyil, dünyanın bir çox tanınmış şəxsləri, həmçinin Türkiyənin populyar simalarının instaqram səhifəsi deaktiv olunub.