Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanında 12 yaşdan yuxarı şagirdlər üçün vaksinasiya məcburidir

Səudiyyə Ərəbistanında 12 yaşdan yuxarı şagirdlər üçün vaksinasiya məcburidir

Tarix: 23 Avqust 2021 20:54

Yeni tədris ilində Səudiyyə Ərəbistanında vaksin olunmamış 12 yaşdan yuxarı şagirdlər məktəblərə buraxılmayacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Krallığın Təhsil Nazirliyi bu yaş qrupuna aid uşaqların kütləvi vaksinasiyasına başlandığını elan edib.

Səudiyyə Ərəbistanının təhsil naziri Həməd Əl-Şeyx jurnalistlərə müsahibəsində bildirib ki, məktəbə gedəcək bütün şagirdlər, habelə universitet tələbələri iki doza vaksinasiya haqqında pasport almalıdırlar. O əlavə edib ki, bu kampaniyanı tezliklə başa çatdırmaq məqsədilə Səhiyyə Nazirliyi xüsusi briqadalar təşkil edib.

Misirdə isə vaksinasiyanın məcburiliyi yalnız 18 yaşdan yuxarı universitet tələbələrinə aid olacaq. Bu ölkənin Təhsil Nazirliyi bəyan edib ki, yeni tədris ilində bütün universitetlərin tələbələri və müəllim heyəti vaksinasiya pasportu almalıdırlar.


Etiketlər:  Səudiyyə Ərəbistanında yaşdan yuxarı şagirdlər üçün vaksinasiya məcburidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ