Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda bir həftəlik karantin başa çatdı

İranda bir həftəlik karantin başa çatdı

Tarix: 23 Avqust 2021 21:10

Bu gündən etibarən İranda koronavirusla mübarizə qərargahı tərəfindən elan olunan bir həftəlik karantin rejimi başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, karantin rejimi başa çatsa da, yoluxma sayında azalma müşahidə edilmir. İş yerlərinin açılması və ictimai nəqliyyatın işləməsi ilə əlaqədar olaraq Tehranda canlanma hiss olunur. Lakin birhəftəlik karantin rejimi COVID-19 virusunun "Delta" ştamının yayılmasının qarşısını lazım olan səviyyədə ala bilmədi.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkədə 38 min 657 nəfərin virusa yoluxması, 610 nəfərin isə yoluxaraq ölməsi qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 4 milyon 715 min 771 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 102 min 648-ə çatıb.

Xəstəxanalarda çarpayı çatışmazlığı var. Buna baxmayaraq, xüsusi xəstəxanalara yerləşdirilən xəstələr müalicə alırlar. Müalicəsi davam edən 7 min 695 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 3 milyon 961 min 24 xəstə sağalaraq evə buraxılıb.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində İran Avropadan 30 milyon doza peyvənd almaq üçün danışıqlar aparır. Prezident İbrahim Rəisi qərargahın iclasından sonra bəyan edib ki, əhaliyə peyvənd vurulması yoluxmanın qarşısını alacaq. Bu səbəbdən də peyvənləmə işi sürətlənməlidir.

Milli.Az


Etiketlər:  İranda həftəlik karantin başa çatdı


RƏYLƏR