Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 18:08
Vətənimizin azadlığı uğrunda canını fəda edən qəhrəmanlarımızdan biri də Zaqatala rayon sakini Şahin İsgəndərovdur.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, 2001-ci ildə rayonun Qandax kəndində dünyaya gələn Şahin torpaqlarımızın işğalda olması ilə heç zaman barışmırdı. Ona görə də hərbçi olmaq arzusunda olub. Öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrdə həqiqi hərbi xidmət keçib.
Ötən il Vətən müharibəsi başlayanda Şahin İsgəndərov xidmətini davam etdirirmiş. Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şücaəti və qorxmazlığı ilə seçilib. Düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə snayper gülləsi ilə yaralanan Şahin, xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 10-da şəhadətə ucalıb.
Şahin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: