Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunlar görməmişlikdir'' - İlqar Xəyal

''Bunlar görməmişlikdir'' - İlqar Xəyal

Tarix: 24 Avqust 2021 20:55

Gənc müğənnimiz Samirə Əfəndini heç tanımıram. Amma "Eurovision"da mahnısını bəyəndim. Bilmirəm niyə elə bir vəziyyət yarandı. O mahnı və musiqi kreativ idi. Geyimi, başqa şeyi özü bilər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İlqar Xəyal "Səhər mərkəzi" proqramında deyib.  İfaçı "bayağı" adlandırılan sənətçilərdən söz açıb:

"Bayağı müğənni deyirik. Amma mənim üçün bizim bayağı müğənnimiz dünyanın ən məşhur, Avropada milyonların tanıdıqlarından güclüdür. Biz Stev Uanderin mahnısını oxuyuruq. Amma o, bizim ən bayağı müğənninin mahnısını oxuya bilməz".

İ.Xəyal sosial şəbəkələrdən uzaq olduğunu deyib. İfaçı özünü avtomobili, geyimi ilə reklam edən sənət adamlarını tənqid edib:

"Gündəm nisbidir, bu gün var, sabah yoxdur. Başqa dəyərlərlə yaşayıram. Gənc olanda harasa çağırırdılar sevinirdim. El şənliyi, toylarla yaşamırdım. Konsertlər verirdim. İstərdim konsert verim pul qazanım, albom buraxım. Özümü avtomobillə, geyimlə reklam edim? Mən sevdiyim brendlərdən geyinirəm, yerlərə gedirəm. Allah bu imkanı verib, bunu göstərmək görməmişlik olardı".

Milli.Az


Etiketlər:  Bunlar görməmişlikdir İlqar Xəyal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ