Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 09:50
Cari ilin əvvəlindən Nigeriyada 1 768 nəfər vəbadan ölüb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi (NCDC) məlumat yayıb.
Məlumata görə, yalnız son həftə 72 nəfər kəskin infeksiyadan vəfat edib.
Mərkəz bildirilib ki, yanvarın 1-dən avqustun 14-dək epidemiya 23 ştatı bürüyüb. Siyahıya həmçinin paytaxt Abuca da daxildir.
Qeyd edilən dövrdə 47 603 nəfərdə vəba aşkar edilib.
Nigeriyada həmçinin COVID-19 infeksiyası da sürətlə yayılmaqda davam edir.