Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 11:02
Ağ Ev sözçüsü Cen Psaki Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Talibanla danışıqlar aparıb-aparmadığını şərh etməkdən imtina edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, Psaki jurnalistlərin bu mövzuda sualına cavabında MKİ ilə əlaqə saxlamağı məsləhət görüb.
Qeyd edək ki, daha öncə MKİ direktoru Uilyam Bernsin Kabildə Taliban siyasi qanadının lideri Əbdül Qəni Bəradərlə gizli görüş keçirdiyi barədə məlumat yayılıb.