Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Cahil, avam və savadsız kütlə"- Faiq Ağayevdən "İmam Mehdi" qalmaqalına sərt reaksiya

Tarix: 25 Avqust 2021 11:10

"O yalançı "imam Mehdi"ni qoyun bir kənara. Adam "moşennik"dir, adı üstündə".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb. Müğənni bir neçə gündür mediada xəbərləri yayılan və polis tərəfindən "İmam Mehdi" adı ilə dələduzluq edən şəxslə bağlı hadisəyə münasibət bildirib.

"Bəs ona inanan, sonuncu qəpiyindən belə keçən cahil, avam, geridəqalmış, savadsız kütlə? Onları da, sevdiyiniz "zarafatda"kı kimi, Pakistandan göndəriblər bura? İnternetdə "cinçıxarma", "ərqaytarma", "bəxtaçma" elanlarından can qurtarmaq olmur. Hələ də Əfqanıstanın orta əsrlərdə qalmasına heyrətlənirsiz?".

Milli.Az


Etiketlər:  Cahil avam savadsız kütlə Faiq Ağayevdən İmam Mehdi qalmaqalına sərt reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ