Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

6 nəfərlik şam yeməyinə 4000 avro ''çay pulu'' verdi

6 nəfərlik şam yeməyinə 4000 avro ''çay pulu'' verdi

Tarix: 26 Avqust 2021 09:10

İş adamı Raul Kastanyeda İspaniyanın cənubundakı Marbelya kurort şəhərində restoranlardan birinin xidmətçisi üçün 4000 avrodan çox "çay pulu" buraxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Cadena SER" radiostansiyası məlumat yayıb.

Kastanyedanın sözlərinə görə, bu qədər məbləğdə pulu restoranın ziyarətçilərindən birinin sosial şəbəkədə yerləşdirdiyi paylaşım səbəbindən bəxşiş edib. Həmin istifadəçi şikayətlənərək bildirib ki, restoranın xidmətçiləri ondan "çay pulu" istəyiblər, halbuki o, nahar üçün 4098 avro və xidmət haqqı olaraq 372 avro pul ödəyib.

Kastanyeda şikayəti öyrəndikdən sonra eyni restoranda bir masa sifariş verib və avqustun 22-də altı nəfərlə ora gedib. Nahardan sonra iş adamı hesaba 4098 avro məbləğində "çay pulu"nu da yazmağı xahiş edib. Sonda masa sahibkara 8179 avroya başa gəlib.

"Öyündüyünüz şam yeməyinin haqqını sizi özünüzdən çıxaran "çay pulu" olaraq xidmətçilərə buraxdım. Yeri gəlmişkən, xidmət çox yaxşıdır", - deyə Kastanyeda "Instagram"da yazıb.

Qeyd edilir ki, o, bu yolla restoranın 15 xidmətçisinin hər birini mükafatlandırmaq istəyib.

Milli.Az


Etiketlər:  nəfərlik şam yeməyinə 4000 avro çay pulu verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ