Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2019 09:56
"İnanılmaz idi! Çox xoşbəxtəm. Oyunçularımla qürur duyuram. "Mançester Siti"ni gözəl oyuna görə təbrik edirəm. Ammma bizim daha çox mübarizə apardığımızı düşünürəm. Oyunçularımın hamısı qəhrəmandır. Onlar meydanda xarakter göstərdilər".
Qol.az-ın məlumatına görə, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Paçettino Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab oyunundan (3:4) sonra deyib.
"Hər iki matç gərgin keçdi. Bərabər səviyyəli oyun idi. "Mançester Siti"yə üç qol vurmaq çətindir. Son Hın Min fantastik oynadır. Çempionlar Liqasında vurduğu iki qol onun səviyyəsini göstərir" - deyə o bildirib.
M.Poçettino Sterlinqin ofsayt səbəbindən ləğv edilən qolu zaman düşüncələri haqda da danışıb: "Sterlinqin qolundan sonra ağlımdan çox şey keçdi. məyusluq çox böyük idi, amma qərar dəyişdi. Futbolu buna görə sevirik".
Qeyd edək ki, "Tottenhem" iki oyunun nəticəsinə əsasən (1:0, 3:4) səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.