Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 15:00
Əfqanıstanda davam edən yüksək terror hücumu təhlükəsi var.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Kabilin Həmid Kərzay Beynəlxalq Hava Limanına getməyin. Hava limanı bölgəsindəsinizsə, təhlükəsiz bir yerə gedin və yeni tövsiyələri gözləyin", - deyə məlumatda bildirilib.
Həmçinin Kabil Beynəlxalq Hava Limanına gedərkən insanlara pis rəftar edildiyi və quru yolu ilə səyahət etməyin son dərəcə təhlükəli olduğu bildirilib.