Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səyyar peyvənd məntəqələrinin sayı niyə azdır? - VİDEO

Səyyar peyvənd məntəqələrinin sayı niyə azdır? - VİDEO

Tarix: 26 Avqust 2021 15:12

Son bir neçə gündür poliklinika və xəstəxanalarda peyvəndlənmə prosesində uzun növbələr və sıxlıq müşahidə edilir. Onlayn növbə sistemində isə ayın sonuna qədər boş yer yoxdur. Sıxlığı azaltmaq üçün TƏBİB-in təşkilatçılığı ilə səyyar vaksinasiya briqadaları  prosesə cəlb olunub. Hazırda bu məntəqələr Binəqədi və Yasamal rayonlarında fəaliyyət göstərir. Lakin səyyar məntəqələrin sayı az olduğundan burada da sıxlıq yaşanır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, poliklinikalarda növbə götürə bilməyən vətəndaşlar səyyar peyvənd məntəqələrinə üz tuturlar. Artıq paytaxtın bir neçə ərazisində 1 həftədir ki, həyata keçirilən səyyar avtobus məntəqələrində peyvəndlənməyə tələbat yüksəkdir.

İlk baxışdan səyyar məntəqələr vətəndaşların vaxtlarına qənaət etmələri baxımından sərfəli görünə bilər. Ancaq burda da uzun növbələr yaranır.

Avtobuslarda təşkil olunan peyvənd məntəqələrində gün ərzində 250-300 nəfərin peyvəndlənməsi həyata keçirilir. Həkimlər deyirlər ki, uzun növbələrin yaranmasına səbəb vətəndaşların suallarının çox olması və hər kəsin vaksini son günlərə saxlamasıdır.

Məsələ ilə bağlı TƏBİB-dən Xəzər Xəbər-ə bildirildi ki, səyyar vaksinasiya məntəqələri Operativ Qərargahın tələbi ilə, eyni zamanda yerli icra hakimiyyətlərindən gələn müraciətlər əsasında təşkil edilir. Digər icra hakimiyyətləri də müvafiq tələblər qorunmaqla avtobus və digər lazımı şəraiti təşkil etsələr, həmin ərazilərdə də səyyar məntəqələr təşkil oluna bilər.

Milli.Az


Etiketlər:  Səyyar peyvənd məntəqələrinin sayı niyə azdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ