Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın ''patı kraliçası'' Binəqədidə ələ keçdi - VİDEO

Azərbaycanın ''patı kraliçası'' Binəqədidə ələ keçdi - VİDEO

Tarix: 27 Avqust 2021 23:02

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Kəmalə Mədəti tutulub. Polis Şöbəsində onun əlində olan pulqabıya baxış zamanı ümumi çəkisi 15 qrama yaxın olan heroin və metamfetamin aşkar olunub. Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.

Qeyd edilən faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib və Kəmalə Mədətinin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Azərbaycanın patı kraliçası Binəqədidə ələ keçdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ