Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qışa tədarük – Yaşıl bibərli leço

Qışa tədarük – Yaşıl bibərli leço

Tarix: 28 Avqust 2021 08:06

2 kiçik banka üçün lazım olan ərzaqlar:
- 1 kq pomidor
- 500 qram yaşıl şirin bibər
- 2 ədəd yer kökü
- 1 ədəd soğan
- 4 ədəd qara istiot dənəsi və ya 1 acı bibər
- 1-2 ədəd dəfnə yarpağı
- 4 xörək qaşığı bitki yağı
- 2 xörək qaşığı şəkər tozu
- 1 çay qaşığı duz .
Pomidorlar yuyulub, qabığı soyulur və kubik şəklində doğranır. Bibərlərin toxumları təmizlənir uzunsov şəkildə doğranır.
Yer kökü yuyulub təmizlənir və uzunsov, soğanlar isə dairəvi şəkildə doğranır.
Tavaya yağ tökülür və soğanla yer kökü 10 dəqiqə zəif odun üzərində qızardılır. Sonra onların üzərinə bibər və pomidor əlavə edilir. İstiot, duz, şəkəır tozu, dəfnə yarpağı da əlavə olunaraq zəif odda 1 saat bişirilir.
Əvvəlcədən yuyulub qurudulmuş bankalara isti-isti yığlıb 20 dəqiqə sterlizasiya edilir.
Nuş olsun!


Etiketlər:  Qışa tədarük Yaşıl bibərli leço


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ