Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2021 09:00
Brüssel kələmini ilk dəfə Belçika tərəvəzçiləri yetişdirmişlər. Sonradan bu kələm Fransada, Hollandiyada, Almaniyada yetişdirilmiş və dünyanın bir çox ölkələrinə yayılmışdır. İlk dəfə Kral Linney bu kələmi dəyərləndirmiş və ona brüssel kələmi adını vermişdir. Buna səbəb isə kələmin bu növünün ilk dəfə Hollandiyanın Brüssel bostanlarında yetişdirilməsi olub. Rusiya torpaqlarında kələmin bu növü XIX əsrdə yetişdirilməyə başlanmışdır və iqlimə görə arzu olunan nəticə əldə edilməmişdir. Brüssel kələmindən ən çox Qərbi Avropa ölkələrində (ən çox İngiltərədə), Amerikada və Kanadada istifadə edilir.
Qida sənayesində bu tərəvəzin ən çox açıq yaşıl rəngdə olanlarından istifadə edilir. Onun dadı şirin qozun dadını xatırladır. Ölçüsü böyüdükcə isə dadı bir az dəyişilərək kələm zoğunun dadını xatırladır. 100 qram brüssel kələmində 43 kKalori var. Kələmi dondurucuda saxladıqda bu rəqəm 36-ya düşür. Bu tərəvəzdən hər bir kəs, hətta artıq çəkidən əziyyət çəkənlər də bolluca istifadə edə bilərlər.
100 qram kələmdə olan qida dəyəri:
- Zülallar - 4,8 qram
- Yağlar - 0,3 qram
- Karbohidraatlar - 3,1 qram
- Su - 86 qram
- Kalori - 43 kKal.
Brüssel kələminin tərkibi fol turşusuyla, orqanizm tərəfindən asan sorula bilən zülallarla zəngindir. Onun tərkibi orqanizm üçün faydalı olan dəmir, fosfor, maqnium, kalium, B qrup vitaminlər və A vitamini ilə zəngindir. Bu kələmin tərkibində olan A və C vitamini digər kələmdəkilərdən 2-3 qat çoxdur. Hər gün az miqdarda bu kələmdən yemək xroniki yorğunluğu azaldır və immuniteti yüksəldir. Brüssel kələminin çox gözəl dadı var və onu yemək insana xoş bir rahatlıq bəxş edir. Brüssel kələminin tərkibində natrium və xolesterin yoxdur. Bu səbədən də antikonserogen hesab edilir. Brüssel kələmindən ən çox avitaminoz zamanı istifadə etməkdə fayda var. Brüssel kələmi orqanizmin infeksiyalara qarşı olan davamlılığını artırır. Mütəxəsislər hamilə qadınlara gündəlik qida rasiolarına kələmin bu növlərindən istifadə etməyi məsləhət bilir.
Brüssel kələminin şirəsindən xərçəng xəstəliyinin müalicə və profilaktikasında, süd vəzi xərçəngi, ürək-damar xəstəlikləri, diabet zamanı, yuxusuzluqda, yuxarı tənəffüs yollarının xəstəliklərində çox faydalıdır. Brüssel kələminin şirəsi bronxit, astma və vərəm xəstəliklərinin də sağalmasına çox yardım edir.