Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bazel''in baş məşqçisi ''Qarabağ''ı bəyənməyib - ''Təəssüf ki...''

''Bazel''in baş məşqçisi ''Qarabağ''ı bəyənməyib - ''Təəssüf ki...''

Tarix: 28 Avqust 2021 12:12

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen yerli mətbuata püşkü dəyərləndirib.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis qrupdakı kollektivlərlə oyunlarda stadiona azarkeş yığa bilməyəcəklərini bildirib: 

"Təəssüf ki, cəlbedici klublarla eyni qrupa düşmədik. Bundan başqa, uzun səyahətlərdən sonra çempionatda vacib oyunlara çıxmalı olacağıq. Lakin burada müsbət məqamlar da var. Əsas hədəfimiz qrupdan çıxmaq olacaq".

Qeyd edək ki, "Qarabağ" "Bazel"lə yanaşı, Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" klubları ilə H qrupunda mübarizə aparacaq.


Etiketlər:  Bazelin baş məşqçisi Qarabağı bəyənməyib Təəssüf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ