Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2021 13:02
Dünən hərəkətdə olan avtomobil Azəriqaz İstehsalat Birliyi tərəfindən qazıntı işləri aparılan çuxura düşüb. Sürücü iddia edir ki, heç bir xəbərdar edici nişan qoyulmadığı üçün qəza şəraiti baş verib. Özü yüngül xəsarət alsa da avtomobilə 2000 min manata yaxın ziyan dəyib. Azəriqaz İstehsalat Birliyi isə əksinə, ərazidə xəbardaredici nişanların olduğunu bildirib.
Bu qəza dünən axşam saat 9 radələrində Sabunçu rayon Məmmədhəsən Hacinski küçəsində baş verib. Sürücü Rəşad Qafarov iddia edir ki, Azəriqaz İstehsalat birliyi tərəfindən qazıntı işləri aparılan əraziyə heç bir xəbardar edici nişan qoyulmayıb. Nəticədə ona 2000 minə yaxın ziyan dəyib.
Rəşad Qafarovun sözlərinə görə sürət həddi az olub. Dünən Azəriqaz-ın işçiləri hadisə yerinə gələrək ona içkili olduğu üçün bu hadisənin baş verdiyini bildiriblər. O da içkili olmadığına dair sənədi əldə edərək onlara göstərib. Lakin nəticə dəyişməyib.
Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, xəbardaredici nişanların qoyulub qoyulmadığını dəqiqləşdirmək üçün ərazidə yaşayan vətəndaşlara da müraciət etdik.
Hadisə yerinə elə həmin tikinti işlərini aparan işçilər də gəldi. İş icraçısı Nizami Əmirov bildirdi ki, hazırda mövcud olan nişanların hər biri iş başlayan gündən qoyulub.
Daha sonra işçilərlərlə zərərçəkmiş arasında yaranan mübahisə zamanı iş içraçısı bildirdi ki, nişanlar daha sonra artırılıb.
Məsələ ilə bağlı Azəriqaz İstehsalat birliyinə müraciət etdik. Qurumun mətbuat katibi Eldəniz Vəliyev bildirdi ki, iş bitəndən sonra qoruyucular düzülüb, xətlər çəkilib. Görünür, kiçik bir məhəllədə sürətlə gəlinib deyə avtomobil qum kütləsinin üstündən aşaraq xəndəyə düşüb. Burada məsuliyyət Azərqaz İstehsalat Birliyinin yox, sürücünün üzərinə düşür.