Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2021 18:54
Qazax rayonunda yol qəzası baş verib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Qazax şəhərində, mərkəzi bazarın yaxınlığında qeydə alınıb.
Minik avtomobilinin firmalardan birinə məxsus kiçik tutumlu yük maşınına çırpılması nəticəsində ikinci nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yola aşıb. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Şamil Əliyev xəsarət alıb. Hadisə səbəbindən avtomobil yolunda bir neçə dəqiqəlik tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.