Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Modriç millinin oyunlarını buraxacaq

Modriç millinin oyunlarını buraxacaq

Tarix: 28 Avqust 2021 19:24

Xorvatiya millisinin futbolçusu Luka Modriç DÇ-2022-nin seçmə mərhələsində yığmanın növbəti 2 görüşünü buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi zədə səbəbindən sentyabrın 1-i Rusiya, 4-ü isə Slovakiya ilə qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, Modriç bir neçə gün əvvəl klubu "Real"ın heyətində məşq zamanı zədələnib.

Milli.Az


Etiketlər:  Modriç millinin oyunlarını buraxacaq


RƏYLƏR