Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı vitamin insanı aterosklerozdan qoruya bilər

Hansı vitamin insanı aterosklerozdan qoruya bilər

Tarix: 28 Avqust 2021 23:51

Edit Kouen Universitetinin alimlərinin qeyd etdiyi kimi, K vitamininin yüksək qəbulu ateroskleroz (qan damarlarının xroniki xəstəliyi) riskini azaldır. K vitamini ilə zəngin olan qida rasionu aterosklerozla əlaqəli ürək-damar xəstəliklərinin inkişaf riskini 34% azaldır.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, 20 ildən çoxdur ki, ABŞ-ın Edit Kouen Universitetinin alimləri təxminən 50 min insanın iştirak etdiyi araşdırma aparıb. Bu vitaminin iki növünün olduğuna diqqət çəkilir: yaşıl yarpaqlı tərəvəzlərdə və bitki yağlarında olan K1 ət, yumurta və mayalanmış qidalarda olan K2. Araşdırma yüksək miqdarda K1 vitamini qəbul edən iştirakçıların aterosklerozla əlaqəli ürək-damar xəstəliyinə görə, xəstəxanaya düşmə ehtimalının 21% daha az olduğunu göstərib. Yüksək miqdarda K2 vitamini qəbul edərkən bu rəqəm 14% idi və periferik arteriya xəstəliyi riski 34% azalıb.

Mütəxəssislər mövcud pəhriz qaydalarının əsasən K1 vitamininin miqdarına yönəldiyini vurğulayır. Bununla belə, K vitamininin aterosklerozun inkişafına qarşı qorumanı təmin edə biləcəyinə dair artan sübutlar var. Bu baxımdan mütəxəssislər, orqanizm tərəfindən müxtəlif yollarla mənimsənilə bilən K2 vitamini ilə zəngin qidalar və onun formaları haqqında məlumat bazasını genişləndirmək niyyətindədirlər.


Etiketlər:  Hansı vitamin insanı aterosklerozdan qoruya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ