Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 09:58
"Taliban" sözçülərindən olan Zabihullah Mücahid Əfqanıstan Səhiyyə Nazirliyinin tərkibində olan qadın səhiyyə işçiləri heyyətini vəzifələrini davam etdirmək üçün çağırıldıqlarını açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə o "Twitter" hesabında yazıb.
Mücahid qeyd edib ki, yeni rəhbərlik qadın tibb işçilərinin işlərini davam etdirmələrində problem deyil.
"Səhiyyə Nazirliyi əyalətlərdə və paytaxtda çalışan bütün qadın işçiləri işlərinə davam etmələri ilə bağlı məlumatlandırıb", - deyə o qeyd edib.
Sözçü bundan əvvəl Əfqanıstandakı qadınların ölkədə tam təhlükəsizlik təmin olunana qədər evdən çıxmamalarını tovsiyə edib, ancaq o bunun "müvəqqəti bir prosedur" olduğunu vurğulamışdı.
"Taliban"ın Əfqanıstanda qadın azadlıqlarını məhdudlaşdıracağına dair narahatlıqlara gəlincə, Mücahid yeni rəhbərliyin qadın dövlət işçilərinin işlərinə qayıtmasını təmin etmək üçün səylərini davam etdirdiyini bildirmişdi.