Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurbanlıq diri heyvan kəsimi və satışı yerlərində dezinfeksiya tədbirləri yekunlaşıb

Qurbanlıq diri heyvan kəsimi və satışı yerlərində dezinfeksiya tədbirləri yekunlaşıb

Tarix: 16 Avqust 2019 15:06

Bakı. Elçin Mehdiyev - Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən avqustun 14-dən etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına və kəsiminə icazə verilmiş yerlərdə dezinfeksiya tədbirlərinə başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq bütün şəhər və rayon mərkəzlərində müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının və kəsiminin aparıldığı yerlərdə ödənişsiz əsaslarla dezinfeksiya tədbirləri yekunlaşıb.

Ölkədə infeksion və invazion xəstəliklərin qarşısının alınması və epizootik sabitliyin qorunması məqsədi ilə aparılan profilaktik dezinfeksiya güclü DUK maşınlarla, eləcə də mexaniki və avtomatik dezinfeksiyaedici qurğulardan istifadə edilməklə həyata keçirilib.

Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ödənişsiz əsaslarla həyata keçirilən dezinfeksiya tədbirləri həm stasionar, həm də çadır tipli heyvan kəsimi və satışı məntəqələrində aparılıb. Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan kəsimi və ət satışı üçün nəzərdə tutulan ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.

Aqrar Xidmətlər Agentliyi bəyan edir ki, hazırda ölkədə epizootik vəziyyət sabitdir və bu sabitliyin qorunub saxlanılması sahəsində lazımi tədbirlər davam etdirilir.


Etiketlər:  Qurbanlıq diri heyvan kəsimi satışı yerlərində dezinfeksiya tədbirləri yekunlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ