Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Baydenin ''digər variant'' hədəsinə cavab

İrandan Baydenin ''digər variant'' hədəsinə cavab

Tarix: 29 Avqust 2021 12:46

ABŞ və İsrail liderlərinin İranla bağlı açıqlamalarını təhdid kimi qəbul edirik.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani deyib.

"Bayden və Bennett arasındakı ilk görüşdə İrana qarşı "digər variantlar"ın vurğu edilməsi başqa bir ölkəni qeyri-qanuni təhdid etmək mənasını verir. Həmçinin, bu, İranın "mövcud variantlara" cavab vermək hüququnu bir daha təsdiqləyir", - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Naftali Bennettlə görüşündə İranla bağlı diplomatiyanı əsas tutduqlarını, lakin diplomatiya uğursuz olarsa, başqa variantlara müraciət etməyə hazır olduqlarını bildirmişdi.


Etiketlər:  İrandan Baydenin digər variant hədəsinə cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ