Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 14:38
Luiziana ştatının sahilboyu yolunda "İda" qasırğasının sürəti saatda 215 kilometrə qədər artıb.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Qasırğanın ABŞ-ın Meksika körfəzinə yaxın ərazilərini vurmağı gözlənilir.
"Saffir-Simpson miqyasına görə qasırğalar beş fərqli kateqoriyaya görə qiymətləndirilir. Ən güclü qasırğa 5-ci kateqoriyaya daxildir. Mississippi çayının 160 kilometr cənubunda aşkarlan "İda" qasırğası sürətini artıraraq dördüncü kateqoriyaya çatıb", - məlumatda bildirilib.