Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 15:25
Aparıcı Zümrüd Bədəlova maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sonxeber.net Baku.ws-ə istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan Bədəlova Xalq artisti Röya Ayxanla bağlı açıqlama verib.
Aparıcı Röyanın "W-trio" musiqi qrupunda çıxış etdiyi illərdə tanınmadığı üçün ondan müsahibə götürmək istəmədiyini etiraf edib:
"Röya "W-trio"da oxuduğu zaman çəkilişə getmişdim. Vaqif Gərayzadədən müsahibə götürdüm. O qrupda ən çox Röya şıltaq idi. Mənə dedi ki, ay qız, məndən niyə müsahibə almırsan? Ona tanımadığımız adamlardan müsahibə götürməməyimizi tapşırdıqlarını bildirdim.
Həmin vaxt Röya mənə dedi ki, "gün gələcək, məndən müsahibə almaq üçün qapımda növbə gözləyəcəksən!" İnandırım sizi ki, illər ötdü, elə də oldu".