Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 22:46
İsveçrə iş adamı Vladislav Klyuşinin ekstradisiyası ilə bağlı Rusiyanın tələbini rədd edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İsveçrənin Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Klyuişin İsveçrədə cinayət məsuliyyətinə cəlb olunmayıb və bu səbəbdən ekstradisiya tələbi qəbul edilmir.
"Avropa İttifaqı Konvensiyasına uyğun olaraq ekstradisiyanın vacib şərti olan ikili cinayətkarlığın olmaması səbəbindən, 12 Avqust 2021-ci ildə Federal Ədliyyə Nazirliyi tələbin rədd edildiyini Rusiya hakimiyyətinə bildirdi", - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, Klyuşin ABŞ-ın sorğusu əsasında İsveçrədə həbs edilib. O, ABŞ-da maliyyə fırıldaqçılığında ittiham edilir.