Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 13:34
"Əslində orduda dəyişikliklər olduqca zəruridir, ancaq bunları əslində işdən baş çıxaranlar həyata keçirməlidirlər".
Sonxeber.net ordu.az-a istinadən xəbər verir ki, bunu erməni hərbi eskpert Karen Hovhannisyan deyib.
"Əks halda hər şeyi gözəl şəkildə sadalamaq, kağız üzərində yazmaq olar, lakin bunları həyata keçirmək böyük problemdir. Gerçəkləşdirməklə bağlı narahatlığım var, çünki bununla hazırda işini bilənlər deyil, qeyri-peşəkarlar məşğul olurlar", - deyə o qeyd edib.
Hovhannisyanın sözlərinə görə, orduda qadınların rolunu artırmaq lazımdır, lakin eyni zamanda qadınlar və kişilər arasında bərabərlik qoymaq lazım deyil, çünki orduda xidmət etmək yalnız kişilərə xas olan bəzi fiziki bacarıqları nəzərdə tutur.