Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 14:15
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı müğənni Amina (Əminə Şirinqızı) olub.
Sonxeber.net xəbər verir ki, müğənni evli kişilərlə eşq həyatı yaşayan həmkarlarından danışıb:
"Mən evli kişi ilə heç vaxt görüşmərəm" deyənlər heç vaxt, heç vaxt deməməməlidir. Ailəsindən, öz həyat yoldaşından sevgi görməyən birini elə bir gün, elə bir anda sevərsən ki, xoşbəxtliyi bir-birinizdə tapa bilərsiniz. Kənardan kimsənin qınamağa haqqı yoxdur. Amma məni soruşsaz, evli kişi ilə münasibətim yoxdur, etməyə fikrim də yoxdur. Nə vaxtsa belə bir şey olarsa, bu mövzu ilə bağlı, bu günümdən, sabahıma cavabdeh deyiləm".